Cümə axşamı, 25.04.2024, 20:09
Salam əziz Gonağ | RSS

Azərbaycan Qadınlar Portalı

Əsas səhifə » 2008 » Sentyabr » 28 » Makiyaj və sirrləri
Makiyaj və sirrləri
18:48

Makiyaj


Pomada (dodaq boyası) makiyajda son nöqtədir. Düzgün uyğunlaşdırılmış pomada üzünüzü anında canlandırmaqdan əlavə hətta gözlərinizin parlaqlığını belə vurğulaya bilər. Pomadanın rəngi zövqünüzə, geyiminizin rənginə, ya da dəbdə olan rənglərə görə seçilsə də, dodaqlarınızın formasını da nəzərə almalısınız. Dodaqlarınız dolğundursa, yumşaq tonlarda mat (parıltısız) pomadalardan istifadə etmək məsləhət görülür. Dodaqlarınızın nazikdirsə, tünd rəngli pomadaya üstünlük verin.
  1. Pomadanıza uyğun rəngdə dodaq qələmi ilə ortadan uclara doğru dodaqlarınızı çevrələyin.
  2. Dodağınızın hər tərəfini qələmlə doldurun. Beləcə həm pomadanızın davamlılığı artacaq həm də silinməyə başladığında dodaqlarınız cansız görünməyəcək.
  3. Pomadanı fırçayla dodağınıza çəkin.
  4. Pomadanın davamlılığını artırmaq üçün ilk qatı çəkdikdən sonra artığını salfetlə silin və ikinci qatı çəkin.
  5. İşıltılı görünüm üçün dodaqlarızın tam ortasına rəngsiz bir parladıcı toxundurun.

 

İpucları


Makiyajınız hara getməyinizə və gecənin tərzinə bağlıdır. Paltarınızı daha da vurğulamaq üçün göz və dodaqlarınızı daha qabarıq ifadə edin. Restoranda yeməyə gedirsinizsə geyiminizdə daha əsrarəngiz bir dəyişiklik olmalıdı. Ancaq hər halda sadə olmağa çalışın. Sadəlik həmişə ağır bir makiyajdan daha müasir və xoş görünür.

Biraz parlaqlıq, təbii görünümdən özəl görünüşə keçməyiniz üçün əhəmiyyət kəsb edə bilər.Göz qapaqlarınıza parıltılı kölgələr çəkin.Dırnaqlarınıza isə solğun mat rəngdə boya çəkin.Dırnaq boyanızın üzərinə çəkəcəyiniz parladıcı, makiyajınızda son nöqtəni qoyacaq.

Əgər məclisdə şəkliniz çəkiləcəksə, dodaq və gözlərinizi vurğulamağa çalışın,ama çox tünd tonlardan da qaçının.Flaş işıqlar çəhrayı tonları nəzərə çarpıcılığını artırır,bu səbəbdən sarı bazlı tonal krem və pudradan istifadə edin.Şəkil çəkdirmədən əvvəl cildinizi pudralayın,çünki parlaq cild foto şəkillərdə yağlı görünür.

Makiyajdan İstifadə


Tonal Krem
- Gecə və ya gündüz fərq etməz.Cild rənginizə uyğun olmalıdı. Ancaq qış sezonunda qollar və çiyinlər daha açıq rəngdədisə bir ton açıq tonal kremdən istifadə edin. Tonal Kremdən sonra mütləq üzünüzü pudralayın.


Gözlər-Daha dramatik bir görünüm əldə etmək üçün cild rənginizlə kontrast təşkil edəcək rənglər uyğulayın. Liner vəya göz qələmindən istifadə etmirsizsə, gözlərinizi vurğulamaq üçün bir  fırçayla kiprik çizgisini kölgələyin.Ən az 2 qat tuş çəkin.

Dodaqlar-Gün ərzində istifadə etdiyiniz rənglərdən daha qatı bir rəng seçərək dodaqlarınızı vurğulayın, ancaq eyni tonlara üstünlük verin. Əgər daha cazibəli olmaq istəyirsinizsə, qırmızı və ya tünd çəhrayı rəngi seçin. Mat bir pomada çəkmisinizsə, bir lip gloss ilə parlaqlıq verin. Pomadanızın yayılmaması üçün dodaq çevrənizi dodaq qələmi ilə çərçivələyin.

Dekolte-baxımlı və sağlam görünüş üçün açıqda qalan cild hissələrinizi nəmləndirin. Əgər boyun və sinə qisminiz açıq olacaqsa, bu hissələrə yüngülvari bronz pudra vəya tünd bir üz pudrası çəkin. Çiyin və ya sinənizə qızıl və ya gümüş sim aksesuar taxmayın.

Qüsursuz şəkil çəkdirmək istəyənlərə Makiyaj sirrləri


  1. Makiyajda hər şeyi vurğulu edin.
  2. Parlaq bir cild üçün isti sarı tonlarda tonal krem və pudra istifadə edin. Yanaqlarınızı çəhrayı rəng çaları ilə vurğulayın. Mümkün qədər çox pudradan istifadə edin ki, şəkildə üzünüz parlaq düşməsin. Makiyajınızı mat rənglərlə tamamlayın.
  3. Solğun dodaq boy
  4. alarından istifadə etməyin. Çünki şəkildə pomadanız silinmiş kimi görünəcək.
  5. Foto şəkillərdə qaşlar solğun, seyrək düşür, bunun üçün saç tonunuza uyğun rəng qələmlə onları vurğulayın.

Makiyaj Sirrləri 


Piqment ləkələrini gizlətmək istəyirsiz? Cild tonunuza çox yaxın bir rəngdə korrektoru ləkələrin üzərinə yüngülcə vurun və biraz ətrafına yayın ki, çox bilinməsin.Tonal kreminizi çəkib, pudralanın.

Qırışıqlarınızı gizləmək... Cild tonunuzdan 1-1,5 ton açıq rəng bir korrektoru qırışıq boyunca çəkin.Korrektoru barmağınızla və ya bir fırçayla yayıb cildinizə hopdurun. Tonal kreminizi və pudranızı çəkin.

Burnunuz uzundursa... Burun ucunuza tünd rəngdə tonal krem çəkin. Yaxşıca hopdurduqdan sonra barmaq uclarınızla kiçik toxunuşlarla pudralayın.

Burnunuz genişdirsə... Kölgə və işıqdan istifadə edin. Burnunuzun üzərinə (burun sümüyünüz boyunca) daha açıq tonda, burun qanadlarınıza isə daha tünd rəngdə tonal krem çəkin.Barmağınızla tonal kremi yaxşıca yayın və 2 ton arasındakı sərhədləri hopdurub yox edin,mat bir pudrayla pudralanın.

Çənəniz çox balaca və içəri doğrudursa... Çənənizə (dodaq altına qədər) açıq rəng bir tonal krem çəkin.Bu çənənizin həcmini artıracaq.Tünd və parlaq rəngdə pomadalardan istifadə etməyin.Göz Makiyajınıza daha çox fikir verin.

Çənəniz biraz önə tərəf çıxırsa... Çənənizin ucuna tünd rəng bir tonal krem çəkib pudralayın.Dodaqlarınıza önə çıxaracaq canlı rəngdə pomadalara üstünlük verin, beləcə çənənizin nəzərə çarpmasını azaldacaqsınız.

Bir-birinə yaxın gözlər... Açıq tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə tünd rəngdə bir kölgə çəkin. Kölgələrin sərhədlərini yox etmək üçün iki rəngi bir-birinə yaxşıca hopdurun. 

Bir-birindən uzaq gözlər... Tünd tonda bir kölgəni gözün iç küncündən ortasınadək çəkin. Ortadan kənar çöl küncünədək isə açıq tonda bir kölgə çəkin və 2 kölgənin sərhədlərini yox etmək üçün yaxşıca hopdurun.

Gözlərinizi eye-liner ilə böyütmək... Gözün iç küncündən incə olaraq başlayın, göz ortasından çöl küncünədək cizgini qalınlaşdırın. Gözləriniz daha böyük görünəcək.
Qalıcı kölgə...Göz qapağınıza çəkdiyiniz kölgənin qalıcı olmasını istəyirsizsə, kölgəni çəkməmişdən əvvəl göz qapağınıza korrektor (concealer) çəkin. Bunun üstünə çəkilmiş kölgənin 24 saat dayanabiləcəyinin şahidi olacaqsız.

Kölgənizin tozcuqları üzünüzə yapışdı?? Böyük və təmiz bir fırçayla tozcuqları üzünüzün kənarlarına doğru yüngülcə fırçalayın. Gələn dəfə bu problemlə üzləşməmək üçün kölgədən istifadə etməzdən əvvəl göz qapaqlarınızı pudralayın.

Tuşun qalıcı olması üçün... Tuş çəkməzdən əvvəl kipriklırinizi fırçalayıb pambıqlı çubuq vasitəsilə yüngülcə pudralayın.Çox gözəl nəticə əldə edəcəksiniz.

Tuşunuz göz qapağıza yayıldı?? Quru bir pambıqlı çubuq ilə ləkəni çıxarmağa çalışın. Keçməsə pambıqlı çubuğun ucuna yüngülcə tonal krem çəkib ləkənin üzərini örtün.

Tuşunuzu artıqlamasıyla çəkdiz?? Kirpik fırçanız varsa kirpiklərinizi diqqətlicə fırçalayıb tuşun artığını azaldın.Ya da, bir kağız salfeti alt və üst kirpiklərinizin arasına qoyub gözlərinizi bağlayın.

Tuşunuzun fırçasını təmizləmək üçün...Tuşunuz çox vaxt kirpiklərinizdə artıq topcuqlar buraxırsa, tuşunuzun fırçasını isti suya tutub qurudun. Təkrar istifadə etməzdən əvvəl quruduğundan əmin olun.

Kirpiklərinizə effekt vermək üçün...Kirpiklərinizə əvvəlcə mavi sonra isə qara tuş çəkin. Kirpiklərinizə super effekt verəcək.

Fərqli kirpiklər... Kirpiklərinizi fərqli etmək istəyirsinizsə, 1 qat qara tuşdan sonra kirpik uclarınıza mavi və ya bordo tuş çəkin.

Pomadanızın qalıcı olmasını istəyirsiz?? Pomadanızı çəkməzdən əvvəl dodaqlarınıza biraz tonal krem çəkib pudralayın. Bir qat pomada çəkin, artığını azaltmaq üçün dodaqlarınızın arasına bir kağız salfet qoyub dodaqlarınızı sıxın. 2-ci qat pomada çəkin.

Pomadanız dişlərinizə boyanır?? Pomadanızı çəkdikdən sonra baş barmağınızı ağzınıza qoyun və dodaqlarınızı sıx qapayın. Pomadanızın artığı barmaqlarınıza çıxacaq.

Hər qadın gözəldir, yetər ki gözəlliyindən istifadə etməyi bacarsın! 

 Baxılma sayı: 1775 | Yüklədi: lafemme| Reytinq: 0.0/0 |
Şərhlərin sayı: 1             
1 Lady  
0
Super!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
.::Menyu::.
.::Sayta giriş::.
.::Dost Saytlar::.
.:Bizim sual::.
Aşağıdakı Qadın jurnallarından hansını bəyənirsiniz?
Ümumi cavab sayı: 110
.::Statistika::.

Saytda cəmi: 1
Qonağlar: 1
İstifadəçilər: 0
Azərbaycan qadınlar portalı © 2024